9 Şubat 2014 Pazar

Bizim fəaliyyətimiz

                              Fəaliyyətimiz
Biz yoldaşlarımızla bir yerdə Vergilər mövzusunu araşdıran zaman maraqlı məlumatlar əldə etdik.Azərbaycanla yanaşı dünya dövlətlərində vergilərin tarixini araşdırdıq.Belə qənaətə gəldik ki vergilər bəşər tarixinin özü qədər qədimdir. İbtidai icma quruluşunun dağılması və ilkin dövlətlərin yaranması ilə vergilər də dövlətin maliyyə mənbələrinin əsas elementi kimi meydana çıxmışdir. Məğlub edilmiş xalqların qaliblərə ödədiyi bac-xərac verginin ilkin forması hesab olunur. Vergilər əsasən coğrafi şəraitə və iqtisadi vəziyyətə uyğun olaraq formalaşmışlar. Tarixi inkişaf dövründə müxtəlif vergilər və vergi sistemləri yaradılmışdır. Bununla belə tarixdə qədim zamanlardan müasir dövrümüzə qədər bəzi qəribə vergilər də mövcud olmuşdur.
Vergilər insanların həyatına müəyyən təsirlər göstərmişdir.Belə ki bəzi hökmdarlar vergilərin artması və azalması haqqqındada bəzi qərarlar vermiş, bu qərarlardan ən çox ziyan alan əhali olmuşdur.Hətta bəzi hallarda Azərbaycan tarixində bütün torpaqlarımızı birləşdirərək vahid dövlət yaratmış hökmdarlarda vergilrin təsirindən hakimiyyətdə qala bilməmiçdir.Məhs Nadir şah belə hökmdarlardan biri olmuşdur.Biz araşdırmalar zamanı belə qənaətə gəldik ki bu vergilər adətən ordunun güclənməsin
 qulluq edirdi.Və ordunun gücünədə öz hakimiyyətlərini dahada möhkəmləndirməyə çalışırdılar.
Düzdür araşdırmalarımız zamanıda belə qənaətə gəldik ki vergilər həmdə əhalinin vəziyyətini yaxşılaşdırmaq üçündə toplanırdı.Məhz Qazan xanın keçirdiyi islahatlarda bunu açıq gormək olur.Daha çox hökmdarlar olmuşdur ki məhs ədalətli vergi sistemi yaradaraq öz xalqını fikirləşmişdir.
Müasir dövrdədə bu proses davam etdirilir.Lakin buna baxmayaraq müasir dövrdədə vergilərdən yayınma halları daha çoxdur.Amma keçmişdən fərqli olaraq müasir dövrümüzdə toplanan vergilər təkrar dövlətimizin inkişafı və iqtisadiyyatının dahada güclənməsi üçün xərclənir. Lakin buna baxmayaraq əhalı vergidən azad olmaq üçün bir çox alternativ yollar axtarır..Biz belə qərara gəldik ki elə təklif planı hazırlayaq ki əhalinin marağını artırmaq, onların vergidən yayınma hallarını aradan qaldırmaq üçün təkliflər irəli sürərk.Və bu təkliflər hazır olduqdan sonra rayonumuzda yerləşən vergilər idarəsinəə gedərək onlara bildirək.

Hiç yorum yok:

Yorum Gönder